Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə Seneqalın sabiq prezidentinin dini işlər üzrə məsləhətçisi professor Əbdüləziz Kəb Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasının nüvə obyektlərinə hücumunu pisləyib.
İslam ölkələrinin nüvə proqramlarına hücum edilməsi yol verilməzdir. Halbuki yəhudi rejimi nüvə silahına malikdir və yaxın Şərqin xəritəsini dəyişmək istəyini açıq şəkildə ifadə etmişdir. Bu isə düzgün deyil.
İran İslam Respublikası siyasi modeli, Qərbin siyasi modelinə alternativ olan bir quruluş kimi problem yaratmağa başlayıb və Qərb bu çirkin işi həyata keçirmək üçün Yaxın Şərqdəki avanpostu yəni sionist İsrail rejimini irəli göndərir. Almaniya Federativ Respublikasının kansleri Fridrix Mersin bunu 17 iyun tarixində Kanadada keçirilən G7 sammitinin kənarında uca səslə bəyan edib.
Trampın şənbə günü İran İslam Respublikasına etdiyi hücumu, bizə ABŞ-ın sabiq dövlət katibi Kolin Pauellinin İraqa hücum üçün dünya ictimaiyyətinə söylədiyi dövlət yalanlarını xatırladır. Eyni yalanlar, Netanyahunun başladığı çirkli işi “tamamlamaq” üçün istifadə olunur. Beynəlxalq ictimaiyyət isə adəti üzrə qorxaqlıq göstərərək nüvə silahlarının yayılmasının qarşısını almaq barədə sazişi təşviq etməklə guya sülh üçün çalışdığını göstərməyə çalışır.
Əgər həqiqətən ədalətli olmaq istəyiriksə mövcud olan bütün nüvə silahlarını məhv etməliyik. Amma bu ölümcül silaha sahib olub və sonra heç kimin başqa onu əldə etməməsinə qərar vermək o deməkdir ki, dünyanı öz iradəmizə tabe etdirmək istəyirik.
Üsyankar sionist rejimi İsrail özü nüvə silahına sahibdir
İran İslam Respublikası hazırkı şəraitdə özünü müdafiə vasitələri ilə təmin etməkdə qanuni haqqı vardır. Bu da Qərbin dəfələrlə “İsrailin özünü müdafiə etmək haqqı var” söyləməsi fonunda baş verir ki, bu ifadə isə üsyankar dövlətin rəhbərlərinin bütün cinayətlərini haqlı göstərmək üçün istifadə olunur.
Xəbərin sonu.
Rəyiniz